İstanbulda məktəbdə BASQIN

İstanbulda məktəbdə BASQIN backend

Bu gün İstanbulda bir qrup terrorçu məktəbə basqın edib. Lent.az sabah.com.tr-yə istinadən xəbər verir ki, İstanbulun Sultanqazi rayonunun Qazi məhəlləsində yerləşən yerləşən məktəbə soxulan MLKP (Marksist Leninist Komünist partiyası) üzvü olan silahlılar bir qrup şagirdi girov götürüb.

Şair Abay liseyindəki sinif otaqlarının birində məktəbliləri girov saxlayan terrorçular otağın pəncərələrindən plakatlar asıblar.

Qeyd edək ki, məlum terror aktını törədən MLKP təşkilatının üzvləri arasında Türkiyədə kürdlərin formalaşdırdığı HDP partiyasının həmsədri Figen Yüksekdağ da var.
Diaspora