İraq və Suriyadakı ABŞ bazalarına 55 hücum olub

İraq və Suriyadakı ABŞ bazalarına 55 hücum olub backend

Pentaqon oktyabrın 17-dən bəri ABŞ-ın İraq və Suriyadakı bazalarına 55 hücum edildiyini açıqlayıb.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) mətbuat katibinin müavini Sabrina Sinq gündəlik mətbuat konfransında ABŞ bazalarına edilən hücumlarla bağlı yeni məlumatlar verib.

Hücumların başladığı 17 oktyabrdan bu yana 27-si İraqda, 28-i Suriyada olmaqla ABŞ bazalarına 55 hücum edildiyini bildirən Sinq, bu hücumlarda 59 personalın yüngül şəkildə yaralandığını və hamısının vəzifələrinə qayıtdığını bildirib.

Sinq İranla əlaqəli qrupları ABŞ bazalarına edilən hücumlara görə məsuliyyət daşıdığını və ABŞ-ın bu hücumlara cavab vermək hüququna malik olduğunu bildirib.

QAZİLER.AZ

Diaspora