Türkiyənin Adana şəhərində Fətullahçı Terror Təşkilatına (FETÖ) üzv olmaqda təqsirli bilinən, Yunanıstana qaçmağa cəhd edərkən yaxalanan keçmiş müəllim həbs edilib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Havsa rayonu Söğütlüdərə kəndində təhlükəsizlik qüvvələri tərəfindən yaxalanan keçmiş müəllim E.O, Adana 12-ci Ağır Cəza Məhkəməsində Ədirnə Respublika Baş Prokurorluğunun iclas salonundan Audio və Video Məlumat Sistemi (SEGBİS) vasitəsilə keçirilən məhkəmə iclasına qatılıb.
Müdafiəsi alınan E.O. Daha əvvəl də eyni məhkəmədə mühakimə olunduğunu və həbs cəzası aldığını bildirərək, "FETÖ üzvü olduğum üçün məhkəməniz tərəfindən 7 il 6 ay həbs cəzası aldım. İş tapmaq üçün xaricə getmək istəyirdim. Bu vəziyyətdən təəssüflənirəm, azadlığa buraxılmağımı tələb edirəm”, - deyib.
Dövlət ittihamçısı isə ölkədən çıxışına qadağa qoyulsa da, məhkəmə nəzarətini pozan E.O.-nun qaçmaqda şübhəli bilindiyi üçün həbs edilməsi barədə rəy verib.
Məhkəmə, məhkəmə nəzarəti müddəalarının yetərli olmadığını əsas gətirərək E.O-nun həbsinə qərar verib.
QAZİLER.AZ