ABŞ-ın Miçiqan ştatının hakimi ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2024-cü il seçkiləri üçün ştatın əsas səsvermə bülletenində qalacağı haqda qərar verib.
Qaziler.az bildirir ki, bu barədə Associated Press xəbər verir.
Agentliyin məlumatına görə, Trampın namizədliyi Konstitusiyada vətəndaş müharibəsi dövrünə aid maddə olduğu üçün mübahisə doğurub. Hakim Ceyms Radford Trampın 6 yanvar 2021-ci ildə ABŞ Kapitoliyasına hücumda rolunun məhkəmənin onu seçkidən kənarlaşdırması mənasına gəldiyinə dair arqumentləri rədd edib.
Redford deyib ki ki, hadisənin üsyan təşkil edib-etmədiyinə və hər kəsin orada iştirak edib-etməməsinə qərar vermək “bir məhkəmə məmuruna” deyil, Konqresə buraxılmalıdır.
QAZİLER.AZ