F-16 qırıcıları Ukraynada istifadə olunduqdan sonra Avropada təmir olunacaq

F-16 qırıcıları Ukraynada istifadə olunduqdan sonra Avropada təmir olunacaq backend

Qərbin Ukraynaya tədarük etməyi planlaşdırdığı Amerika F-16 qırıcıları müharibə zamanı istifadə edildikdən sonra Avropa ölkələrində təmir-texniki işlərdən keçəcək.

Qaziler.az bildirir ki, bu barədə noyabrın 15-də ABŞ müdafiə nazirinin satınalma və logistika üzrə müavini Bill Laplant “Politico” qəzetinin keçirdiyi konfransda bildirib.

“Plan Avropada mümkün qədər böyük  təmir işləri aparmaqdır. Polşa bunun üçün nəzərdə tutulan yerlərdən biridir. Biz bunu təşkil edirik”, - TASS onun sözlərindən sitat gətirir.

Laplant əlavə edib ki, ABŞ və müttəfiqləri Ukraynada sadə təmir işləri aparmaq üçün ukraynalı hərbçilərə təlim keçmək məsələsi üzərində işləyirlər. Bundan əlavə, Qərb mütəxəssisləri Ukrayna Silahlı Qüvvələrinə qırıcı təyyarələrə texniki xidmət məsələləri ilə bağlı distant məsləhətlər vermək niyyətindədirlər.

QAZİLER.AZ

Diaspora