Finlandiyanın Salo şəhərində Kavilannumi qəbiristanlığında dəfn edilən sovet əsgərlərinin məzarları təhqir edilib,
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə vilayət administrasiyasının saytı xəbər verir.
Qəbiristanlıqda 17 hərbi əsir dəfn olunub.
Faktla bağlı cinayət işi başlanıb. Bəyanatda vurğulanır ki, Finlandiya hakimiyyəti əsgər və hərbi əsirlərin abidələrinə qarşı bu cür vandalizm aktlarını pisləyir.
Finlandiya ilə Rusiya arasında dövlət müqaviləsinə əsasən Finlandiya tərəfi bu cür məzarların qayğısına qalmalıdır.
QAZİLER.AZ