Qazaxıstanda biznesmen öldürülüb

Qazaxıstanda biznesmen öldürülüb backend

Uralskda məşhur iş adamı Sergey Quberin qətli polis tərəfindən araşdırılır.

Biznesmen xəsarətlərlə noyabrın 12-də səhər saatlarında xəstəxanaya  aparılıb. Qaziler.az uralskweek.kz-ə istinadən xəbər verir ki, o, tibb müəssisəsində dünyasını dəyişib.

54 yaşlı Sergey Quber Uralskdakı ən böyük avtomobil təmiri sexlərindən birinə, avtomobil malları mağazalarına, o cümlədən Ural Car City biznes mərkəzinə sahib idi.

Şəhərin kafelərindən birində Sergey Quber başqa bir şəxs tərəfindən ağır yaralanıb.

 Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı DP-nin Kriminal Polis İdarəsinin və Uralsk şəhərinin Abay polis şöbəsinin əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxs müəyyən edilib - o, əvvəllər məhkumluğu olmayan 42 yaşlı Uralsk şəhər sakinidir.

Qazaxıstan Polis İdarəsindən bildirilib ki, şübhəli şəxs müvəqqəti saxlama məntəqəsinə aparılıb.

QAZİLER.AZ

Diaspora