Ukraynanın “Save Ukraine” təşkilatı müvəqqəti işğal olunmuş ərazilərdən dörd uşağı ailələri ilə birlikdə geri qaytara bilib.
Qaziler.az bildirir ki, bu barədə “Save Ukraine” təşkilatının təsisçisi Nikolay Kuleba məlumat yayıb.
Onun sözlərinə görə, işğalın son ili ərzində bu uşaqlardan ikisi Ukrayna məktəbində onlayn təhsil alıb. Lakin sonra rus əsgərləri valideynləri uşaqları aparacaqları ilə hədələyib və buna görə də ailə onları rus məktəbinə göndərməyə məcbur olub.
QAZİLER.AZ.