Avropa İttifaqı Ukrayna Silahlı Qüvvələrinin vəd etdiyi 30 mindən əlavə daha 10 min hərbçi hazırlayacaq.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Avropa İttifaqı (Aİ) vəd etdiyi 30 mindən əlavə Ukrayna Silahlı Qüvvələrinə daha 10 min hərbi qulluqçu hazırlayacaq.
Bunu noyabrın 14-də Aİ-nin diplomatiya rəhbəri Josep Borrell görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
O xatırladıb ki, alyans artıq bir ildən az müddətdə 30 mindən çox ukraynalı əsgərə təlim keçib və daha 10 min əsgər hazırlamağı planlaşdırır.
QAZİLER.AZ