Almaniyada Bundestaqdakı sol fraksiya özünü buraxmaq qərarına gəlib

Almaniyada Bundestaqdakı sol fraksiya özünü buraxmaq qərarına gəlib backend

Almaniyada Bundestaqdakı sol fraksiya özünü buraxmaq qərarına gəlib.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Almaniyada Sol Partiya fraksiyası, Bundestaqda 18 il qaldıqdan sonra bəzi deputatların siyasətçi Sara Vaqenknextin yeni hərəkatına getməsi ilə əlaqədar özünü buraxmaq qərarına gəlib.

Bu barədə “Der Spiegel” noyabrın 14-də məlumat yayıb.

Nəşr xəbər verir ki, bu il dekabrın 6-dək buraxılması barədə qərar partiyanın çərşənbə axşamı, noyabrın 14-də keçirilən qapalı iclasında qəbul edilib. Özünü buraxmağa səbəb bir sıra deputatların Vaqenknext hərəkatına getməsi olub, buna görə də 28 yerlik qalan deputatların sayı yetərsiz hesab edilib.

Fraksiyanın həmsədri Ditmar Barç bu qərarı “yeni başlanğıc üçün şans” adlandırıb.

Vaqenknext dekabr ayında Almaniyanın Sol Partiyasından istefa verib, onun ardınca Almaniya parlamentinin daha on deputatı da istefa verib. Siyasətçi ölkənin hazırkı hakimiyyətini tarixin ən pis hakimiyyəti kimi tənqid edib.

QAZİLER.AZ 

Diaspora