Bu ölkədə qızılcaya qarşı peyvənd olunmamış uşaqların onlayn təhsilə keçməsi tövsiyə edilir

Bu ölkədə qızılcaya qarşı peyvənd olunmamış uşaqların onlayn təhsilə keçməsi tövsiyə edilir backend

Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyi Almatıda uşaqlar arasında qızılcaya yoluxma hallarının yüksək olmasına münasibət bildirib.

Qaziler.az Qazaxıstan mətbuatına istinadən bildirir ki,  bu günə kimi ölkədə təhsil müəssisələrinə gedən uşaqlar arasında qızılcaya yoluxma halları qeydə alınıb. "Cari dövrə olan məlumata görə, respublikada karantinə bağlanan məktəb yoxdur. Məktəbliləri maksimum dərəcədə ayırmaq və mütəşəkkil qruplarda infeksiyanın yayılmasının qarşısını almaq üçün təsdiqlənmiş qızılca xəstəliyi ilə təmasda olan peyvənd olunmamış şəxslərin onlayn təhsilə keçirilməsi tövsiyə olunur".

Qızılca xəstəliyinin yüksək qeydə alınması ilə əlaqədar Almatıda məktəb rəhbərliyi peyvənd olunmamış uşaqları onlayn təhsilə keçirmək qərarına gəlib.

"Qızılca xəstəsi olan uşaqların 60%-i imtinaya görə peyvənd olunmayıb. Bununla bağlı övladlarını peyvənd etməkdən imtina edən valideynlərlə maarifləndirmə işləri gücləndirilib. Bu günə qədər 9 minə yaxın uşaq müntəzəm profilaktik peyvəndlərlə peyvənd olunmayıb, onlarla peyvəndin əhəmiyyəti ilə bağlı maarifləndirmə işləri aparılır. Görülən işlər sayəsində bu il 3 mindən çox uşaq peyvənd olunub”, - deyə məlumatda bildirilir.

QAZİLER.AZ

Diaspora