“Instagram“ın yaradılmasından 5 il ötür - YUBİLEY

“Instagram“ın yaradılmasından 5 il ötür - YUBİLEY backend

Bu gün "Instagram"ın 5 yaşı tamam olur. İKT.lent.az-ın xəbərinə görə, bu, yalnız fotolardan ibarət olan ilk sosial şəbəkədir.



"Instagram"ın yaradıcıları Kevin Sistrom və Mayk Krigerdir. Onlara "Google", "Odeo", "Facebook" kimi nəhəng layihələrdə iş təklif olunsa da, öz təşəbbüslərinin gələcəyinə inanıb bütün təkliflərdən imtina ediblər.

"Instagram"ın istifadəyə verilməsi əsl partlayış olub. Bir ay ərzində bu şəbəkədə qeydiyyatdan keçənlərin sayı iki il ərzində "Twitter"də toplaşan insanların sayına bərabər olub - 1 milyon nəfər! İki ilin tamamında isə "Instagram" artıq 200 milyon istifadəçi ilə öyünürdü.

İndi "Insragram" dünyanın 50 ən populyar saytından biridir. İstifadəçilər gün ərzində buraya 55 milyon şəkil yükləyir. Gündəlik “layk” sayı isə 1,2 milyarddır. "Instagram" istifadəçilərinin 90 faizinin yaşı 35-dən aşağıdır. Auditoriyasının 68 faizini isə qadınlar təşkil edir.

"Facebook" 2012-ci ildə "Instagram"ı 1 milyard dollara alıb.

Maraqlıdır ki, bu şəbəkədə ən çox paylaşılan yemək şəkilləridir. İnsanlar yediyi qidanın fotosunu paylaşmağa böyük həvəs göstərir. İkinci yerdə selfilərdir. Üçüncü yerdə bədənin müxtəlif hissələrinin fotosu gəlir. Xüsusilə fitnes zallarından və kurortlardan belə şəkillər daha çox paylaşılır. İndi "Instagram"da alqı-satqı fəaliyyəti də geniş vüsət alıb.
Diaspora