Krımda təhlükəsizlik baxımından Yeni il bayramlarında kütləvi tədbirlər planlaşdırılmır.
Qaziler.az “Gazeta.ru”ya istinadla xəbər verir ki, bu barədə Krım Respublikası Nazirlər Şurasının sədri Sergey Aksyonov telegram kanalında məlumat verib.
“Krım Respublikasında Yeni il və Milad bayramı şərəfinə böyük ictimai tədbirlərin keçirilməsi nəzərdə tutulmayıb. Əsas prioritet təhlükəsizlikdir”, - Aksyonov yazıb.
Onun sözlərinə görə, Krım hakimiyyəti bayram əhval-ruhiyyəsi yaratmaq üçün lazım olan hər şeyi edəcək. O, uşaqlar üçün Yeni il şənliklərinin məhdud formatda keçiriləcəyini, yaşayış məntəqələrində yolkaların quraşdırılacağını, küçələrin bəzədiləcəyini vurğulayıb.
QAZİLER.AZ