“Google” Moskvada Rusiya Federasiyası vətəndaşlarının şəxsi məlumatlarını lokallaşdırmaqdan dəfələrlə imtina etdiyinə görə 15 milyon rubl cərimələnib.
Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə 422 saylı məhkəmə dairəsi bildirib.
Şirkət Rusiya istifadəçiləri haqqında məlumatların qeydiyyatını, sistemləşdirilməsini, yığılmasını, saxlanmasını təmin etmək öhdəliyini dəfələrlə yerinə yetirməməsi ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 13.11-ci maddəsinin 9-cu hissəsi ilə təqsirli bilinib.
“Məhkəmə “Google”u Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.11-ci maddəsinin 9-cu hissəsi ilə təqsirli bilib və 15 milyon rubl məbləğində cərimə kəsib”, - bəyanatda deyilir.
Bundan Moskvanın Taqanski Məhkəməsi bildirmişdi ki, Rusiyada “Google” qadağan edilən məlumatları silməkdən təkrar imtina etdiyinə görə gəlirin 10%-i həcmində cərimələnib.
QAZİLER.AZ