NATO “Balticconnector” qaz kəmərində sızmadan və telekommunikasiya kabellərinə dəyən ziyandan sonra Baltik dənizində sualtı infrastruktura nəzarəti artıracaq.
Qaziler.az xəbər verir ki, bunu alyansın Norfolkdakı komandirinin müavini Tim Henri “Defense One”a bildirib.
Onun sözlərinə görə, assosiasiya üzvləri kəşfiyyat məlumatları mübadiləsi aparır və bu sahədə işi davam etdirmək üçün “Alyans ölkələrinin donanmalarının kifayət qədər texnikaya malik olub-olmamasını” yoxlayırlar.
“Bu infrastruktura hücum etmək üçün yaxşı işlənmiş alətlər var. Bəzi ölkələr dünyanın başqa yerində olmaqla, çox uzaq məsafədən ona təsir etmək imkanına malikdirlər”, - Henri bildirib.
Qeyd edək ki, Finlandiya və Estoniya arasında yerləşən “Balticconnector” dənizaltı qaz kəməri mümkün sızma səbəbindən bağlanıb.
QAZİLER.AZ