Meksikanın Zakatekas ştatında atışma nəticəsində 3 polis əməkdaşı həlak olub.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Meksikanın Zakatekas əyalətində patrul maşınına silahlı basqın nəticəsində 3 polis məmuru həyatını itirib.
Zakatekas ştatının baş katibi Rodriqo Reyes Mugüerza verdiyi açıqlamada Buenavista məhəlləsində patrul xidməti aparan polis maşınına silahla atəş açıldığını bildirib.
Mugüerza hücumda biri qadın olmaqla 3 polisin həyatını itirdiyini ifadə edərək, bu şəxslərin ailələrinə başsağlığı verib.
Mugüerza hücum edənlərdən 3-nün öldürüldüyünü bildirib.
QAZİLER.AZ