Noyabrın 15-dən Rusiya Federasiyasından Finlandiyaya velosipedlə giriş qadağası tətbiq ediləcək.
Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Finlandiya noyabrın 15-dən Rusiya ərazisinə velosipedlə girişə qadağa tətbiq edəcək. Bu barədə Rusiya səfirliyi öz saytında məlumat yayıb.
"Finlandiya hakimiyyət orqanlarından alınan bildirişə əsasən, 15 noyabr 2023-cü il saat 00.00-dan etibarən Finlandiya qeyri-müəyyən müddətə Rusiyadan velosipedlə sərhədi keçməyə qadağa qoyur", - məlumatda deyilir.
Eyni zamanda diplomatlar əlavə ediblər ki, oxşar məhdudiyyətlər noyabrın 9-dan Vaalimaa, Nuijamaa və İmatra keçid məntəqələrində artıq qüvvədədir. Rusiya tərəfində bunlar Torfyanovka, Brusniçnoye və Svetoqorsk keçid məntəqələridir.
Səfirlik rusiyalıları səfərlərini planlaşdırarkən bu məlumatları nəzərə almağa çağırıb.
QAZİLER.AZ