ABŞ ordusu son 24 saat ərzində 4 dəfə pilotsuz təyyarələr və raketlərlə hücuma məruz qalıb.
Qaziler.az bildirir ki, bu barədə “Reuters” xəbər verir.
ABŞ ordusunun adının açıqlanmasını istəməyən nümayəndəsinin nəşrə verdiyi məlumata görə, bazar günü, noyabrın 12-də axşam saatlarında ABŞ hərbçiləri Əl-Ömər neft yatağı və Əl-Şəddadidəki Amerika bazası da daxil olmaqla üç dəfə hücuma məruz qalıb.
Eyni zamanda, ABŞ Silahlı Qüvvələrinin nümayəndəsinin sözlərinə görə, bu gün, noyabrın 13-də səhər saatlarında Rumalin eniş sahəsinin ərazisində Amerika qoşunları atəşə tutulub. Bir pilotsuz təyyarə vurulub, digəri isə dörd çadırı zədələyib.
Hücumlar ABŞ-ın bazar günü, noyabrın 12-də Suriyada İranın dəstəklədiyi qrupların istifadə etdiyi obyektlərə iki hava hücumu həyata keçirməsindən sonra baş verib.
QAZİLER.AZ