“Volkswagen” elektromobil istehsalını dayandırır

“Volkswagen” elektromobil istehsalını dayandırır backend

“Volkswagen” Almaniyadakı Zwickau zavodunda elektrikli avtomobillərin istehsalını təxminən üç həftə dayandıracaq.

Qaziler.az xarici KİV-ə istinadla xəbər verir ki, şirkət Almaniyadakı fabrikində elektrik mühərriklərinin çatışmazlığı səbəbindən istehsalı dayandırdığını açıqlayıb.

Zwickau “Volkswagen”in Avropadakı ən böyük elektrikli avtomobil istehsal edən müəssisəsidir.

Avtomobil istehsalçısı 2018-ci ildə elektrikli modellərin istehsalı üçün təxminən 1,3 milyard dollar sərmayə qoyacağını elan etmişdi.

Bununla belə, yüksək faiz dərəcələri və daha az subsidiyalar VW markasına tələbin azalmasına səbəb olur.

Qeyd edilib ki, “Volkswagen” oktyabrın sonunda Drezdendəki zavodunda 300-ə yaxın əməkdaşını işdən çıxarıb, bunu sifarişlərin yavaşladığını əsas gətirib.

QAZİLER.AZ

Diaspora