İspaniyanın Barselona şəhərində dəniz sahilində “W Barselona” oteli açılıb. “JUNG” memarlıq studiyasının layihəsi ilə tikilən və gözəl dizayna malik otel binası dərhal minlərlə turisti cəlb edib.
AZƏRTAC xəbər verir ki, Barselonanın yeni simvoluna çevrilən otelin gümüşü rəngə çalan fasad hissəsində Aralıq dənizi əks olunur.Bina 26 mərtəbədən ibarətdir. Müştərilər burada SPA, fitnes-mərkəz, bar və restoranların xidmətindən istifadə edirlər. Alternativ enerji mənbələrinin tətbiq edildiyi bina ağıllı və etibarlı idarəetmə sisteminə malikdir. Otelin bütün funksiyaları “JUNG” kompaniyasının hazırladığı yüksək texnologiyalı mərkəzləşdirilmiş sistemə birləşdirilib.