Böyük Britaniyanın keçmiş Baş naziri, ölkənin Xarici İşlər Nazirliyinin rəhbəri postuna təyin olunan Devid Kemeron yeni vəzifəsinə münasibət bildirib.
Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, o bu barədə “X” sosial şəbəkəsində qeyd edib. O, qlobal problemlərin həllində hazırkı Baş nazir Rişi Sunaka kömək edəcəyinə ümid etdiyini bildirib.
Kemeronun sözlərinə görə, Britaniya Ukrayna və Yaxın Şərqdəki hadisələr də daxil olmaqla çoxlu beynəlxalq problemlərlə üzləşib. Bu inkişafları nəzərə alaraq, Böyük Britaniya üçün müttəfiqləri dəstəkləmək, tərəfdaşlıqları gücləndirmək və səsimizin eşidildiyinə əmin olmaq vacibdir.
Kemeron yazıb: "Son yeddi ildə siyasətdən kənarda olsam da, ümid edirəm ki, mənim təcrübəm - on bir il ərzində Mühafizəkarların lideri və altı il baş nazir kimi – hazırki Baş nazirə bu həyati əhəmiyyətli probemlərin öhdəsindən gəlməyə kömək edəcək".
O, Rishi Sunakın qərarları ilə həmişə razılaşmadığını, lakin onu “çətin anda nümunəvi liderlik” göstərən güclü və bacarıqlı baş nazir hesab etdiyini vurğulayıb.
Qeyd edək ki, Böyük Britaniyada ölkənin Daxili İşlər və Xarici İşlər nazirliklərinin rəhbərləri dəyişdirilib. Keçmiş baş nazir Devid Kemeron Böyük Britaniyanın yeni daxili işlər naziri təyin olunub. 2022-ci ildən Birtaniyada Daxili İşlər Nazirliyinin rəhbər vəzifəsini tutan Suella Bravermanın yerinə Ceyms Kleverli təyin edilib.
QAZİLER.AZ