İsrail Qəzza zolağında döyüşlərə 4 saatlıq fasilə verdi

İsrail Qəzza zolağında döyüşlərə  4 saatlıq fasilə verdi backend

İsrail ordusu Qəzza zolağının cənubunda, Misirlə sərhəd yaxınlığında yerləşən Rəfah şəhərində hərbi əməliyyatları dörd saatlıq dayandırıb.

Qaziler.az xəbər verir ki, bu haqda İsrail Müdafiə Qüvvələrinin sözçüsü Aviçai Edri tvitter hesabında ("X") bildirib. Onun sözlərinə görə, bu, humanitar məqsədlə edilib.

“Bu gün biz Rəfah şəhərində gün ərzində, daha doğrusu, humanitar məqsədlər üçün saat 10:00-dan 14:00-dək döyüş əməliyyatlarının taktiki dayandırılmasını həyata keçirəcəyik”, - Edri bildirib.

Aviçai Edrinin sözlərinə görə, Qəzza zolağının şimalından sakinlərin təxliyəsi üçün humanitar dəhliz yerli vaxtla saat 09:00-dan 16:00-a qədər açıq olacaq.

QAZİLER.AZ

Diaspora