Çeçenistan lideri Ramzan Kadırovun böyük oğlu, on səkkiz yaşlı Axmat Kadırov respublikanın bədən tərbiyəsi, idman və gənclər siyasəti nazirinin birinci müavini vəzifəsinə təyin edilib.
Qaziler.az "Nyus.ru"ya istinadla xəbər verir ki, bu barədə ölkənin milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Əhməd Dudayev teleqram kanalında məlumat verib. O, bildirib ki, Axmat Kadırovun təyinatından sonra Çeçenistanda gənc nəslin təhsili yeni səviyyəyə qalxacaq.
“Əziz qardaşım oğlu, Çeçenistan Respublikasının birinci prezidentinin nəvəsi, Rusiya Qəhrəmanı Axmat-Xaji Kadırovu, Çeçenistan Respublikasının bədən tərbiyəsi, idman və gənclər siyasəti üzrə nazirinin birinci müavini vəzifəsinə təyin olunması münasibətilə ürəkdən təbrik edirəm. ", - Dudayev yazıb.
QAZİLER.AZ