İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalındakı Cebaliya qaçqın düşərgəsi ərazisində hərbi əməliyyatların dörd saatlıq müvəqqəti dayandırıldığını elan edib.
QAZİLER.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat katibi Aviçai Edri məlumat verib.
“Yerli vaxtla saat 10:00-dan 14:00-a qədər Cebaliya bölgəsində ərzaq çatdırılması və əhalinin evakuasiya, humanitar məqsədlər üçün hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırılacaq" - o, X sosial şəbəkəsində (keçmiş Twitter) ərəb dilində yazıb.
Edri həmçinin bildirib ki, Qəzza zolağının şimal rayonlarının sakinlərinin təxliyəsi üçün humanitar dəhliz yenidən yerli vaxtla saat 9:00-dan 16:00-dək fəaliyyət göstərəcək. Marşrut Əl-Şifa xəstəxanasından Salah ed-Din yolu ilə anklavın cənubuna doğru uzanacaq.