Litvada prezident seçkiləri ilə bağlı kampaniya başlayıb

Litvada prezident seçkiləri ilə bağlı kampaniya başlayıb backend

Litvada 2024-cü ilin mayında keçiriləcək prezident seçkiləri ilə bağlı siyasi seçki kampaniyası başlayıb.

QAZİLER.AZ  APA-ya istinadən xəbər verir ki, bu barədə Baltik Respublikasının Baş Seçki Komissiyası məlumat yayıb.

“Səsvermə gününə altı ay qalmış siyasi seçki kampaniyasının başlanması rəsmən elan edilir”, - deyə məlumatda bildirilir.

Bu gündən etibarən partiyalar öz namizədlərini Mərkəzi Seçki Komissiyasında qeydə ala bilərlər. Bu eyni zamanda öz namizədliyini irəli sürmək niyyətində olan namizədlərə də aiddir.

Qeyd edək ki, tarixi təyin edən Seymin (parlament) qərarına əsasən, prezident seçkiləri 2024-cü il mayın 12-də keçiriləcək. İkinci tur tələb olunarsa, o, mayın 26-da keçiriləcək.

Dövlət başçısı vəzifəsinə namizəd olmaq niyyətini baş nazir İnqrida Simonyte, silahlı qüvvələrin keçmiş komandanı, ehtiyatda olan general-leytenant Valdas Tutkus, Kazlu şəhərinin meri Ruda Mantas Varaşka, keçmiş səhiyyə naziri Aureliyus Veriqa, tibb professoru Eduardas Vaitkus, ictimai xadim Antanas Kandrotas və NATO baş katibinin keçmiş müavini Giedrimas Jeglinskas bildiriblər. İkinci müddətə namizəd ola biləcək hazırkı prezident Gitanas Nauseda hələ bu məsələ ilə bağlı açıqlama verməyib

 

 

Diaspora