İsrail ordusu Suriyadakı hədəflərə zərbələr endirib

İsrail ordusu Suriyadakı hədəflərə zərbələr endirib backend

İsrail Müdafiə Ordusu Colan təpələrinə hücuma cavab olaraq Suriyadakı terror infrastrukturuna zərbələr endirib.

QAZİLER.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti özünün teleqram kanalında məlumat yayıb.

“Bir müddət əvvəl, dünən Colan təpələri istiqamətində edilən hücuma cavab olaraq, İsrail Müdafiə Ordusunun bölmələri Suriyadakı terror infrastrukturuna zərbələr endiriblər”, - deyə məlumatda qeyd edilib.

Ordunun mətbuat xidməti bildirib ki, İsrail hərbçiləri Suriyadan atəş aşkarlayıb və cavab zərbələri endirməyə başlayıb.

 

 

Diaspora