Israil hakimiyyəti hesab edir ki, "Hizbullah" şiə təşkilatı Livanı müharibəyə sürükləməyə yaxındır və bu halda İsrail indi Qəzza zolağında etdiklərini Beyrutda etməyə hazırdır".
QAZILER.AZ. Publika.az-a istinaden xəbər verir ki,bu xəbərdarlığı Yəhudi Dövlətinin müdafiə naziri Yoav Qalant şimal sərhədindəki hərbi bazalardan birinə səfəri zamanı edib.
"Mən burada Livan vətəndaşlarına deyirəm: Mən artıq Qəzzada vətəndaşların sahil boyu ağ bayraqlarla gəzdiyini və cənuba doğru irəlilədiyini görürəm. "Hizbullah" Livanı başlaya biləcək müharibəyə sürükləyir və səhv edir. Əgər "Hizbullah" belə səhv etsə, ilk növbədə, bütün Livan vətəndaşları bunun əvəzini ödəyəcək. Qəzzada nə ediriksə, Beyrutda da edə bilərik!", - deyə nazir xəbərdarlıq edib.
Onun sözlərinə görə, Hizbullah tərəfdarlarının silahlı dəstələrinin İsraillə sərhəddə hərəkətləri artıq yerli təxribatın hüdudlarından kənarda qalıb.
Qalant qeyd edib ki, İsrail qüvvələri “keyfiyyətli cavab” verir və bu, Hizbullah sıralarında itkilərə səbəb olur:
"Bizi təxribata çəkmək olmaz, bu, ölümcül səhv olardı. Biz tam döyüş hazırlığındayıq, istənilən zərbəni dəf etməyə və hadisələrin istənilən inkişafına hazırıq".
Müdafiə Nazirliyinin rəhbəri vurğulayıb ki, hazırda İsrail Hərbi Hava Qüvvələrinin potensialının 10%-dən az hissəsi Qəzza zolağında əməliyyatlarda iştirak edir:
"Pilotlarımız pilot kabinələrində burunları şimala baxaraq oturublar. Cənubda etməli olduğumuz hər şeyi etmək üçün kifayət qədər imkanımız var, lakin Hərbi Hava Qüvvələri şimala baxır və onun gücü son dərəcə güclüdür".