Rusiyanın “Progres MS-24” yük gəmisi Beynəlxalq Kosmik Stansiyanı (BKS) kosmik tullantılarla toqquşmadan uzaqlaşdırıb.
QAZİLER.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə “Roskosmos” məlumat yayıb.
Dövlət korporasiyasının məlumatına görə, “Progres”in mühərrikləri Moskva vaxtı ilə saat 18:07-də (Bakı 19.07 – red.) işə salınaraq 5 dəqiqə işlədilib. Nəticədə, BKS-nin orbitinin hündürlüyü 900 metr artırılıb