Rusiya Federal Təhlükəsizlik Xidmətininin Çeçenistan üzrə departamentinə Dmitri Keçkin rəhbər təyin edilib.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Teleqram kanalında yazıb.
“FTX-nin Çeçenistan üzrə idarəsinə Dmitri Keçkin rəhbərlik edəcək. Onu FTX-nin general-leytenantı Sergey Sapunkov təqdim etdi. Biz təhlükəsizliyin təmin edilməsində gələcək əməkdaşlığın yollarını müzakirə etdik", - o yazıb.