İsrail və HƏMAS 100-ə yaxın mülki şəxsin azad edilməsi üçün danışıqlar aparır.
QAZİLER.AZ Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə "The New York Times" qəzeti İsrail rəsmilərinə istinadən bildirib.
Məlumata əsasən, həmin mülki şəxslər HƏMAS tərəfindən girov saxlanılır. Bildirilib ki, 240 girovun yarısından azı mülki şəxslərdir, tərəflər razılığa gələ bilsələr, o zaman bu girovlar azad olunacaq.
Mənbələr müzakirə olunan variantlardan birinə görə, HƏMAS ilk olaraq 10-20 mülki vətəndaşı azad edəcək. O zaman İsrail bütün şərtləri yerinə yetirsə, daha 100 girov azad ediləcək.0
Bunun müqabilində HƏMAS döyüşlərdə qısa fasilə, külli miqdarda humanitar yardım, xəstəxanalar üçün yanacaq və İsrail həbsxanalarından qadın və uşaqların azad edilməsini istəyir.