Beynəlxalq məhkəmədə erməniyə səs vermədilər: 1946-cı ildən bəri ilk dəfə...

Beynəlxalq məhkəmədə erməniyə səs vermədilər: 1946-cı ildən bəri ilk dəfə... backend

2015-ci ildən Haaqa Beynəlxalq Məhkəməsinin hakimi olan Rusiya nümayəndəsi Kirill Gevorqyan ikinci müddətə yenidən seçilməyib.

QAZİLER.AZ  Publika.az-a istinadən xəbər verir ki, noyabrın 10-da BMT Baş Assambleyasında keçirilən səsvermə zamanı o, Baş Assambleyanın 117 üzvünün dəstəklədiyi Rumıniya nümayəndəsi Boqdan-Lusyan Aureskuya uduzub.

Sovet və Rusiya hakimləri 1946-cı ildən Birləşmiş Millətlər Təşkilatının məhkəmə sistemində çalışırlar. Beləliklə, ilk dəfə olaraq Beynəlxalq Ədalət Məhkəməsində Rusiya nümayəndəsi olmayacaq.

Aureskudan başqa, Beynəlxalq Ədalət Məhkəməsinə daha üç yeni hakim - Sara Hull Klivlend (ABŞ), Xuan Verduzko (Meksika) və Dire Tladi (Cənubi Afrika) seçilib.

Beynəlxalq Ədalət Məhkəməsi səlahiyyət müddəti doqquz il olan 15 hakimdən ibarətdir. Eyni zamanda, boş qalan 5 yer üçün hər üç ildən bir seçkilər keçirilir. Ardıcıl bir neçə müddətə xidmət etmək üçün heç bir qadağa yoxdur.

 

 

Diaspora