ABŞ-da həkimlər dünyada ilk dəfə tam göz transplantasiyasını həyata keçiriblər.
QAZİLRR.AZ Lent.az-a istinadən xəbər verir ki, bu barədə müvafiq press-reliz Nyu York Langone Universitetinin (NYULH) saytında dərc olunub.
“NYULH-dan olan cərrahlar qrupu iş zamanı yüksək gərginlikli elektrik cərəyanı zədəsi alan 46 yaşlı Arkanzas hərbi veteranına dünyada ilk tam göz və qismən üz transplantasiyası əməliyyatını həyata keçirib.
Mayın 27-də saat 21:00 radələrində 140-dan çox cərrah, tibb bacısı və feldşer əməliyyat keçirib. Köçürülən göz bu müddət ərzində "sağlamlıq əlamətləri" göstərsə də, xəstənin onunla görə biləcəyi hələ məlum deyil. Pasientin, həmçinin sol qolunun, yanağının, çənəsinin, burnunun, dodaqlarının və ön dişlərinin bir hissəsini itirdiyi bildirilir.
Press-relizdə bildirilir ki, bu, yeganə uğurlu kombinə edilmiş transplantasiyadır.