Səudiyyə İnkişaf Fondu Afrika ölkələri ilə 2 milyard riyal (533 milyon dollar) dəyərində müqavilələr imzalayacaq.
QAZİLER.AZ APA-ya istinadla xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd Əl-Cədaan Ər-Riyadda keçirilən Səudiyyə-Ərəb-Afrika İqtisadi Konfransı zamanı bildirib.
“Biz Qana və digər ölkələrə borcları ilə bağlı dəstək vermək üçün tərəfdaşlarla işləyirik” - deyə o əlavə edib.
Səudiyyə Ərəbistanının investisiya naziri Xalid Əl-Falih isə Krallığın 700 milyard dollardan çox sərvət fondu olan İctimai İnvestisiya Fondunun Afrikaya bəzi önəmli investisiyalar yatıracağını söyləyib.
Konfrans çərçivəsində Nigeriya, Seneqal, Çad və Efiopiya da daxil olmaqla, Afrika ölkələri ilə enerji sahəsində əməkdaşlıq haqqında ilkin razılaşmalar imzalanıb.