Azərbaycanın Zəfər Günü Bolqarıstan mediasında

Azərbaycanın Zəfər Günü Bolqarıstan mediasında backend

Bolqarıstan mediasında Azərbaycanın 8 Noyabr - Zəfər Gününün siyasi və tarixi əhəmiyyəti barədə silsilə məqalələr yayılıb.

QAZİLER.AZ   AZƏRTAC-a istinadən  bildirir ki, təqdim olunmuş məlumatlarda 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı hərbi təcavüzə başlaması ilə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini işğal etməsi və bir milyon azərbaycanlını öz doğma yurdlarından didərgin salması diqqətə çatdırılır. Qeyd olunur ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası işğalçı qüvvələrin Azərbaycan ərazilərindən dərhal çıxarılması və məcburi köçkün azərbaycanlıların öz vətənlərinə qayıtması üçün dörd qətnamə qəbul etsə də, Ermənistan bu hüquqi qüvvəyə malik sənədlərin heç birinə məhəl qoymayıb. Xəbərlərdə, həmçinin Ermənistanın davamlı təxribatlarına və işğalçılıq siyasətinə son qoymaq məqsədilə 2020-ci il sentyabrın 27-də Azərbaycan silahlı qüvvələrinin əks-hücuma keçərək 44 gün davam edən müharibədə qalib gəldiyi və 30 ilə yaxın erməni işğalı altında olan ərazilərini azad etdiyi vurğulanıb.

 

 

Diaspora