Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Qəzza zolağına 25 ton humanitar yardım göndərib.
QAZİLER.AZ Trend-ə istinadən verdiyi məlumata görə, 25 ton ərzaq, tibbi və müxtəlif yardım materialları daşıyan təyyarə BƏƏ-dən Misirin Ariş şəhərinə yola düşüb.
Yardım Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Ərzaq Proqramının koordinasiyası çərçivəsində “Rəfah” keçid məntəqəsi vasitəsilə Qəzza zolağına çatdırılacaq.
Qeyd edək ki, HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb. İsrail Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyi barədə xəbərdarlıq edib və qələbə qazanacaqlarını söyləyib