Baydenin dövründə ABŞ dünyanın zibilxanasına çevrilib.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Floridada çıxış edən ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib. O hesab edir ki, "Əsas vəzifə Amerikanın təhlükəsizliyini təmin etməkdir".
“Mən dörd il Amerikanı təhlükəsiz saxladım. Mən İsrailin təhlükəsizliyini təmin etdim. Mən Ukraynanın təhlükəsizliyini təmin etmişəm. Mən dünyanı qorudum. Nə İsrail, nə də Ukrayna müharibəsi Tramp administrasiyası dövründə baş verməzdi. Bunun baş verməsinin heç bir yolu yox idi”, - o bildirib.
Trampın sözlərinə görə, Baydenin dövründə “ABŞ dünyanın zibilxanasına çevrilib”. Onun fikrincə, ölkədə “məhbuslar həbsxanalardan azad edilir”.
Qeyd edək ki, ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. Bu il aprelin 25-də Bayden ən yüksək hökumət ofisinə yenidən seçilmək istəyəcəyini açıqlayıb. Tramp isə hələ 2022-ci ilin noyabrında seçki yarışına qatılacağını elan edib.