Hindistandan Ermənistana 60 mindən çox işçi gəlib. Yeni Dehli ilə İrəvan arasında birbaşa aviareys açılsa, Hindistandan gələnlərin sayı kəskin artacaq.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın İşəgötürənlər İttifaqının sədri Qagik Makaryan deyib.
O bildirib ki, Hindistanda aylıq 25-100 dollar arası qazanc əldə edənlər, ya da iş tapa bilməyənlər Ermənistana üz tutur:
“Lakin onlar Ermənistanda Hindistanla müqayisədə bir neçə dəfə çox qazanırlar və çox təvazökar yaşadıqlarından, maaşlarının böyük hissəsini ailələrinə göndərirlər. Onlar əsasən qida çatdırılması, tikinti, təmizlik sektorlarında çalışırlar. Həmçinin, yoqa kursları da təklif edirlər".
Makaryan hesab edir ki, hindlilərin iqtisadiyyatın digər sahələrini də nəzərdən keçirməsi daha məqsədəuyğun olar, çünki təkcə tikinti bu qədər ümumi işçiləri qəbul edə bilməyəcək:
“Bundan əlavə, onlar əsasən yalnız İrəvana gəlirlər, baxmayaraq ki, gələn ildən başlayaraq paytaxtda tikintinin həcmi kəskin azalacaq, regionlarda isə artacaq. Ona görə də Hindistandan olan miqrantlar ya bölgələrə üz tutmalı, ya da başqa ərazilərdə iş tapmalıdırlar. Sonuncu halda konkret bacarıqlara ehtiyac olacaq və dil məsələsində çətinliklər yaranacaq".
Qeyd edək ki, Hindistandan Ermənistana “işçi miqrantların” İrəvan-Yeni Dehli arasında hərbi əməkdaşlıq müqavilələrinin imzalanması və silah tədarükü vaxtı bu qədər artması diqqət çəkməyə bilməz. “İşçi miqrant” kimi Ermənistana hərbi mütəxəssislərin də gəldiyi istisna olunmamalıdır