ABŞ Ukrayna üçün ayrılan vəsaitin 96%-ni xərcləyib

ABŞ Ukrayna üçün ayrılan vəsaitin 96%-ni xərcləyib backend

ABŞ Ukraynaya bütün dəstək sahələrinə ayrılan vəsaitin 96%-ni artıq xərcləyib.

QAZİLER.AZ  Axar.az-a istinadən  xəbər verir ki, bunu Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Kirbinin sözlərinə görə, söhbət təkcə hərbi ehtiyaclar üçün deyil, həm də Ukraynaya iqtisadi, maliyyə və humanitar yardımların göstərilməsi üçün ayrılan pullardan gedir.

“Sırf hərbi yardıma gəlincə, ayrılan vəsaitin 90%-dən çoxu bu sahəyə xərclənib. ABŞ Müdafiə Nazirliyinin ixtiyarında hələ də ordunun anbarlarından Ukrayna ordusuna göndərilən silahları əvəz etmək üçün təxminən 1,1 milyard dollar var”, - Kirbi vurğulayıb.

 

 

Diaspora