Prezidentlikdən getdikdən sonra Trampın sərvəti artıb

Prezidentlikdən getdikdən sonra  Trampın sərvəti artıb backend

ABŞ-ın keçmiş prezidenti Donald Trampın sərvəti 2021-ci ilin yanvarında dövlət başçısı kimi səlahiyyət müddəti başa çatdıqdan sonra 500 milyon dollar artıb.

Qaziler.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Materialda Ağ Evin keçmiş sahibinin sərvəti hazırda 3,1 milyard dollar qiymətləndirilir. Eyni zamanda, iki il əvvəl müvafiq rəqəmin 2,6 milyard dollara çatdığı bildirilir.

“Şirkət heç vaxt daha güclü və ya yaxşı olmayıb. Ən çox pulumuz və ən az borcumuz var. Biz fantastik anı yaşayırıq”, - agentlik “Tramp Organization”ın vitse-prezidenti Erik Trampın sözlərindən sitat gətirib.

QAZİLER.AZ

Diaspora