HƏMAS-ın İsrailə hücumunu planlaşdıranların adları açıqlanıb

HƏMAS-ın İsrailə hücumunu planlaşdıranların  adları açıqlanıb backend

Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücum planının müəllifləri kimi HƏMAS lideri Yəhya Sinvar və hərəkatın hərbi qanadı Əl-Qəssam briqadasının rəhbəri Məhəmməd əl-Deyfanın adları çəkilib.

Qaziler.az xəbər verir ki, bu barədə “The Guardian” İsraildəki mənbələrə istinadən yazır.

Vurğulanır ki, əksər HƏMAS üzvləri üçün “Əl-Əqsa tufanı” əməliyyatının başlaması sürpriz olub: əməliyyat başlamazdan əvvəl gözlənilmədən səhər saat dörddə namaza getmək üçün şifahi əmr alıblar və yekun əmrlər də verilib.

Nəşrin yazdığına görə, HƏMAS bölmələrinin üç əsas vəzifəsi olub: Qəzza sərhədləri yaxınlığında İsrail qüvvələrinə hücum etmək, İsrailin əks hücumlarını dəf etmək və maksimum sayda girov ələ keçirmək...

QAZİLER.AZ

Diaspora