Ukrayna prezidenti Volodimir Zelenski doqquz xarici şirkətə qarşı sanksiyalar haqqında fərman imzalayıb.
Qaziler.az "RBC-Ukrayna"ya istinadla bildirir ki, bu haqda Ukrayna dövlət başçısının saytı xəbər yayıb.
Kipr, Lüksemburq və Lixtenşteyndə iki ildən 10 ilədək qeydiyyatdan keçmiş təşkilatlara məhdudiyyətlər qoyulur. Bu şirkətlər rusiyalı iş adamı Mixail Fridmanla əlaqəli ola bilər.
Söhbət xüsusilə “Alfa Finance Holdings Limited”, “International Distribution Systems Limited” və “Erasmony Limited” şirkətlərindən gedir. Bununla belə, agentlik Fridmanın Ukrayna sanksiyalarına məruz qalan şirkətlərlə əlaqəsinə dair sübut təqdim etmir.
Qeyd edək ki, sentyabrın əvvəlində Ukrayna Təhlükəsizlik Xidməti Fridmanın Rusiya Federasiyasının xüsusi hərbi əməliyyatlarını maliyyələşdirdiyini təqdim edib. Bundan əlavə, o, Rusiya hərbçilərini yemək və geyimlə təmin etməkdə ittiham olunur. Həmçinin, UTX-nin bildirdiyinə görə, iş adamının sığorta şirkətləri rus hərbçilərin həyat və sağlamlıq sığortasını, eləcə də hərbi texnikasını öz üzərinə götürüb.
QAZİLER.AZ