Ukrayna prezidenti Vladimir Zelenski guya planlaşdırıldığı kimi bu gün, noyabrın 7-də İsrailə səfər etməmək qərarına gəlib.
Qaziler.az bildirir ki, bu barədə “The Times of Israel” nəşri xəbər verir.
Nəşrin məlumatına görə, Ukrayna dövlətinin başçısı bu qərarı jurnalistlər onun “noyabrın 6-sı və ya 7-si” İsrailə səfəri barədə yazmağa başlayandan sonra verib.
Diplomatik mənbələr jurnalistlərə bildiriblər ki, Zelenskinin gəlişi hələ də gözlənilir, lakin tarix müəyyən edilməyib.
Nəşr adı açıqlanmayan İsrail rəsmisinin sözlərini sitat gətirir: “Prezident Zelenski gəlsə, onu qucaq açaraq qarşılayacaqlar”.
QAZİLER.AZ