Niderland USQ pilotlarına təlim keçmək üçün Rumıniyaya beş F-16 qırıcısı göndərəcək

Niderland USQ pilotlarına təlim keçmək üçün Rumıniyaya beş F-16 qırıcısı göndərəcək backend

Niderland Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin pilotlarına təlim keçmək üçün Ruminiyaya beş F-16 göndərdiyini açıqlayıb.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, Niderland bu təyyarələri idarə edəcək ukraynalı pilotlara təlim keçmək üçün Rumıniyaya beş F-16 qırıcısı göndərmək niyyətindədir. Bu barədə çərşənbə axşamı, noyabrın 7-də ölkənin Müdafiə Nazirliyinin rəhbəri Kaysa Ollonqren bildirib.

“Beş Hollandiya F-16-sı bu gün Rumıniyadakı Feteşti aviabazasına yola düşür”, nazir X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

Ollonqren aydınlaşdırıb ki, yaxın vaxtlarda orada NATO ölkələrindən və Ukraynadan olan pilotların F-16-nı idarə etmək üçün hazırlanması üçün təlim mərkəzi açılacaq.

QAZİLER,AZ

Diaspora