Rusiyanın müdafiə xətlərini qurmaq üçün çox vaxtı olub, ona görə də Ukrayna qoşunları üçün Krımı azad etmək və işğalçıları işğal olunmuş ərazilərlə əlaqəsini kəsmək hələ də çətindir.
Qaziler.az bildirir ki, Estoniya kəşfiyyatının rəhbəri Ants Kiviselq RBC-Ukraynaya müsahibəsində bu barədə danışıb.
"Mən Ukraynanın hərəkətlərini müzakirə etmək iqtidarında deyiləm. Deyə bilərəm ki, gördüyüm vəziyyət çox ağırdır", - Kiviselq hərbi əməliyyatların gedişi və Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı ilə bağlı proqnozlar barədə sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, Rusiyanın müdafiə xətlərini qurmaq üçün çox vaxtı olub və bəzi ərazilərdə işğalçıların hava üstünlüyü də var.
"Ona görə də Ukrayna üçün Krımı azad etmək və rusları ərazilərdən kəsmək çətindir", - Estoniya kəşfiyyatının rəhbəri əlavə edib.
QAZİLER.AZ