İsrail təhlükəsizlik qüvvələri indiyədək İordan çayının qərb sahilində 870 Həmas üzvünü saxlayıb

İsrail təhlükəsizlik qüvvələri indiyədək İordan çayının qərb sahilində 870 Həmas üzvünü saxlayıb backend

Oktyabrın 7-dən bəri İordan çayının qərb sahilində 870 Həmas üzvü saxlanılıb.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, İsrail kəşfiyyat xidmətləri oktyabrın 7-dən bəri İordan çayının qərb sahilində 1350 fələstinlini həbs edib ki, onlardan 870-i Həmas fəalıdır. Bu barədə noyabrın 7-də ordunun mətbuat xidməti məlumat yayıb.

“Hərbi əməliyyatların başlanmasından [7 oktyabr] indiyə kimi bütün Yəhudeya və Samariyada axtarışda olan 1350 nəfər saxlanılıb, onlardan 870-i HƏMAS terror təşkilatı ilə əlaqəlidir”, - TASS-a istinadən xəbər verir.

Belə ki, mətbuat xidməti əlavə edib ki, İsrail Müdafiə Qüvvələrinin (IDF) İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı “hərbi personala hücum etmək üçün nəzərdə tutulmuş çoxlu sayda mina və istifadəyə hazır partlayıcı qurğu aşkar edilib”. İordan çayının qərb sahilinin cənubunda İsrail əsgərləri “silah hazırlamaq üçün istifadə edilən beş dəzgahı” aşkar edərək müsadirə ediblər.

QAZİLER.AZ

Diaspora