Rusiyada avtobusdakı sərnişinləri təhqir edən Tacikistan vətəndaşı saxlanıldı

Rusiyada avtobusdakı sərnişinləri təhqir edən Tacikistan vətəndaşı saxlanıldı backend

Rusiyanın Tolyatti şəhərində mikroavtobusun sərnişinlərini təhqir edən Tacikistan əsilli şəxs saxlanılıb.

Qaziler.az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Samara vilayəti üzrə İstintaq İdarəsi “VKontakte” sosial şəbəkəsində məlumat yayıb.

Noyabrın 5-də sosial şəbəkələrdə bir nəfərin xuliqan davranışını əks etdirən video yayılıb. Kadrlarda Tacikistan vətəndaşının avtobusun sərnişinlərini hər cür təhqir və hədələməsi əks olunub. Avtomobildən çıxandan sonra kişi onu təpiklə vurub.

Onun haqqında “xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb. 24 yaşlı gəncin saxlanılmasında çevik polis əməkdaşları iştirak edib.

QAZİLER.AZ

Diaspora