Ağ Evin qapısında “qanlı” əl izləri "peyda olub"

Ağ Evin qapısında “qanlı” əl izləri "peyda olub" backend

Ağ Evin hasarında Fələstinə dəstək əlaməti olaraq "qanlı" əl izləri görünüb.

Vaşinqtonda Ağ Evin  qapılarında “qanlı” əl izləri "peyda olub".

Qaziler.az bildirir ki, bu barədə Reuters xəbər verir.

Bundan əlavə, hasarın üzərində “Azad Fələstin” yazısını görmək olar. Qeyd olunur ki, bu aksiya şənbə günü şəhərdə baş vermiş Fələstin tərəfdarının nümayişindən sonra baş verib. Milli Park Xidmətinin əməkdaşları hazırda qırmızı boyanı çıxarmağa çalışırlar.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS İsrailə hücum etdi. Bundan əlavə, naməlum sayda terrorçu Qəzza zolağından İsrailin sərhəd bölgələrinə sızıb.

Təl-Əviv hücumu müharibə adlandırıb və oktyabrın 10-da buna cavab olaraq Qəzza zolağında HƏMAS yaraqlılarının hədəflərinə irimiqyaslı zərbələr endirməyə başlayıb.

QAZİLER.AZ

 

 

Diaspora