ABŞ dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidanın onu qucaqlamağa icazə verməməsindən şoka düşüb.
Qaziler.az bildirir ki, bu barədə “Sabah” yazır.
“Blinken əlini sıxdığı Hakan Fidanı qucaqlamağa çalışdı. Amma o, Fidanın bu davranışından təzə sarsıntı keçirdi”, – qəzet Blinkenin üzünün ifadəsindəki dəyişikliyə diqqət çəkib.
Jurnalist Zəfər Şahin ABŞ dövlət katibinə sosial məsafəni qorumağı tövsiyə edib.
Xatırladaq ki, bu gün Ankarada Türkiyə xarici işlər naziri Hakan Fidanla ABŞ-nin Dövlət katibi Antoni Blinken arasında təkbətək görüş baş tutub.
Türkiyə XİN-inə yaxın mənbələrdən əldə edilən məlumata əsasən, iki ölkənin rəsmiləri Qəzzada mülki şəxslərin taleyi, eyni zamanda, humanitar yardım dəhlizi ilə bağlı məqamlar üzərində xüsusi dayanıblar.
QAZİLER.AZ