Yaponiyanın “Toyota Motor” konserni 1935-ci ildə istehsala başlayandan bəri 300 milyon avtomobil istehsal edib.
Qaziler.az bildirir ki, bu barədə “Motor1.com” xəbər verir.
Qeyd olunur ki, istehsal olunan avtomobillərin ümumi sayından 180,52 milyon avtomobil Yaponiyada istehsal olunub. Digər ölkələrin müəssisələrində daha 119,6 milyon avtomobil yığılıb. Konveyerdən digərlərinə nisbətən daha tez-tez çıxan model “Toyota Corolla”dır. Bu ailənin ümumi istehsal həcmi 2023-cü ilin sentyabr ayının sonuna qədər 53,4 milyon ədədə çatıb.
“JATO Dynamics” tədqiqat şirkətinin məlumatına görə, dünyada ən populyar “Toyota” modeli “RAV4” krossoveridir.
QAZİLER.AZ