Şahzadə Harri atası Kral III Çarlzın 75 illik yubileyinə dəvəti rədd edib. Buna səbəb onların arasında olan soyuq münasibətdir.
Qaziler.az bu barədə “Daily Express”ə istinadla yazır.
Nəşr qeyd edir ki, monarxın ad günü ziyafəti noyabrın 14-də “Clarence House” iqamətgahında keçiriləcək. İnsayderlərin dediyinə görə, Harri işıq üzü görən "The Spare One" xatirələr kitabında yazılanlarla bağlı atası ilə aralarında davam edən fikir ayrılıqlarına görə görüşmək istəmir. Odur ki, Sussex hersoqu gecəyə dəvə edilsə də,təklifi rədd edib.
QAZİLER.AZ